Bu gün Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 102 il keçir.

1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq, Prezident İlham Əliyev 2007-ci il avqustun 24-də hər il iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan diplomatiyası özünün yeni inkişaf mərhələsinə daxil olub. Ulu Öndər Heydər Əliyevin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız düşmən tapdağından azad edilib.