Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində avqustun 14-də gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.
BŞİH-nin mətbuat xidmətindən verilən məlumata görə, dezinfeksiya işləri Bakı şəhəri sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək. “Vətəndaşlardan bir daha xahiş olunur ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün karantin qaydalarına ciddi riayət etsinlər”, - deyə məlumatda qeyd olunub.