Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Nazirlikdən verilən məlumata görə, müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.