Aşura günü ilə əlaqədar olaraq Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyası keçirilir.

Vətəndaşlar səhər saatlarından başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşıb könüllü qanvermə aksiyasında iştirak edirlər. Qanvermə aksiyası Mərkəzin Bakı da daxil olmaqla, 8 regional bölməsində təşkil edilib. Aksiya Məhərrəm ayı boyunca davam etdiriləcək.

18-65 yaş arası, çəkisi 50 kiloqramdan çox, sağlam olan hər kəs qan donoru ola bilər. COVID-19 infeksiyasına yoluxanların isə sağalandan 28 gün sora qan vermələri mümkündür.