“Dövlət İmtahan Mərkəzi kifayət qədər materiallar çap edir ki, abituriyentlər qərar qəbul edəndə düzgün seçim etsinlər. İxtisas seçimi mərhələsində gənclərin öz istəyi ilə ixtisas seçimi təhlükə altında olur. İxtisas seçimi zamanı bala uyğun olaraq yox, gənc insan hansı sahədə işləmək istəyirsə, onun arzusuna uyğun olaraq ona məsləhət vermək lazımdır”.

Bunu Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək.