“Zoobulvar” əyləncə mərkəzində alpaqanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, “Zoobulvar” əyləncə mərkəzində keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub: “Alpaqanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.

V.Cavadov məsələnin nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.