Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda məktəbləri açmağı tövsiyə edir.

Təşkilatın və UNICEF-in ölkəmizdəki nümayəndəliklərinin birgə məlumatında bildirilib ki, müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi sayəsində məktəblər daha təhlükəsiz məkan olacaq.

“Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir”, - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens vurğulayıb ki, sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasının təmini üçün UNICEF Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir.