Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, F.Əliyeva Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu ordenlə təltif olunub.

Qeyd edək ki, F.Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.