Azərbaycanda əyani təhsil bərpa olunur.
Bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.