Bakı Konqres Mərkəzində V Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı keçirilir. 2 günlük tədbirdə yerli mütəxəssislərlə yanaşı, dünyanın müxtəlif qabaqcıl universitet və klinikalarında çalışan 30-a yaxın professor iştirak edib. Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov bildirib ki, piylənmə cərrahiyyəsi, metabolik xəstəliklər zamanı endokrinoloji müalicə və dietoloji üsullar hazırda səhiyyənin aktual məsələlərindədir. Qeyd olunub ki, hazırda cəmiyyətdə vacib problemlərdən biri də piylənmədir. Piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi zəruridir. Konfrans panel iclaslarla davam edib.