Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağından 4 milyardıncı barel neft hasil edilib.
AÇG neft yatağının operatoru BP-dən verilən məlumata görə, ümumilikdə hasil edilmiş 4 milyard barel neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.
Bu vaxtadək BTC boru kəməri vasitəsilə təxminən 3,7 milyard barel neft nəql edilib ki, bu da əsasən 4847 tankerə yüklənmiş AÇG neftindən ibarət olub.