Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademikin işğaldan azad olunan ərazilərə səfəri təşkil olunub.
Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi tvitter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Genişmiqyaslı regional mövzularda dostcasına və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağ İqtisadi Bölgələrini, xüsusilə Şuşa və Ağdamı da ziyarət edəcəklər”.