Bu gün ölkəmizdə fəaliyyət göstərən orta məktəblərin ibtidai siniflərində ənənəvi formada yeni dərs ili başlayıb.
2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Ümumtəhsil məktəblərinin 1-ci sinfində 158 608 şagird təhsil alacaq.
Qeyd edək ki, yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusudur.