Azərbaycan Ordusunun atəşi nəticəsində guya Ermənistan hərbçisinin yaralanması həqiqətə uyğun deyil.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
“Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”, - deyə nazirliyin açıqlamasında bildirilir.