“Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” Prezidentə təqdim ediləcək.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarda sözügedən layihələrin bəyənildiyi, digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəyi qeyd edilib.