Oktyabrın 1-də Quba seysmoloji stansiyasından 6 kilometr qərbdə - Quba rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 09:28-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.