Bu gün Vətən müharibəsinin qəhrəmanlarından biri - şəhid mayor İlkin Əhədzadənin anım günüdür. Şəhidin vaxtilə yaşadığı evin qarşısında barelyefi quraşdırılıb.
İlkin Əhədzadə 1985-ci il iyunun 26-da Bakıda anadan olub. Mükəmməl hərbi təhsil alan İlkin nümunəvi xidmətinə görə bir çox medallarla təltif olunub. Vətən müharibəsi zamanı isə 35 yaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıb. Murovdağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 1-də düşmən mərmisinə tuş gələrək şəhadətə yüksəlib.
Bu gün şəhidin anım mərasimində xatirəsi ehtiramla anılıb, döyüş yolundan danışılıb.
Şəhid mayor İlkin Əhədzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin 3 övladı indi uğrunda canını verdiyi Vətənə əmanətdir.