Bu gün Cəbrayıl şəhəri və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsindən 1 il ötür.
Sebtyabrın 27-də başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin torpaqlarımızda qurduğu müdafiə-istehkam xətləri ardıcıl olaraq darmadağın edilib.
4 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb. Cəbrayıl şəhəri ilə birlikdə rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri düşməndən təmizlənib.