Mayın 28-i Azərbaycanda Müstəqillik Günü elan edilə bilər.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hazırda Müstəqillik Günü kimi qeyd edilən 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü olması təklif olunur.

Qeyd edək ki, hazırda 28 may tarixi Respublika Günü kimi qeyd olunur və qeyri-iş günüdür. 18 oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur.