Bu gün səhər saatlarında hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.
Məlumata görə, 5 nəfər ölüb, 20-dən çox yaralı var.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qəzaya səbəb olan yük maşınının sürücüsü 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.
Saxlanılan şəxs Qobustan rayon sakinidir.