Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq əmrləri ilə üç rayona yeni prokuror təyinatları olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Rahim Səfəralıyev Xızı rayon, Kamal Talıbov Şirvan şəhər, Fuad Məmmədov isə Binəqədi rayon prokuroru vəzifələrinə təyin ediliblər.