Ankarada Azərbaycan xalqının qəhrəman övladlarından olan general Polad Həşimovun xatirəsi ehtiramla yad edilib, şəhidə “2021-ci il Avrasiya Xidmət Mükafatı” verildiyi elan olunub.
Avrasiya İqtisadi Əlaqələr Cəmiyyətinin sədri Hikmət Eren bildirib ki, bu il qurumun mükafatına layiq görülənlər arasında görkəmli dövlət adamları, ictimai-siyasi xadimlər var. Azərbaycanın qəhrəman övladı – şəhid general Polad Həşimova da “2021-ci il Avrasiya Xidmət Mükafatı” verilməsi qərarlaşdırılıb.
Sonra şəhid generala həsr edilən sənədli film nümayiş olunub.
Polad Həşimovun anası Səmayə Həşimovaya "Avrasiya Xidmət Mükafatı" təqdim edilib.