"Dəyişiklik müsabiqə vəziyyətinə bir o qədər də təsir etməyəcək. Təxminən 1300 yer III ixtisas qrupuna əlavə olunacaq. İxtisas seçimi müsabiqəsində III qrupda gərginlik aşağı düşəcək. Bu qrupda 300 bal toplayan abituriyentlər üçün vəziyyət yaxşılaşacaq. Lakin bu, yüksək reytinqli ixtisaslara aid deyil".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda valideynlərin və müəllimlərin suallarını cavablandırarkən deyib.

Xatırladaq ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.