Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Bu ixtisas qrupu üzrə abituriyentlərə 2 altqrup seçmək imkanı veriləcək. I qrup üzrə informatika yönümlü ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı, informatika fənnindən, digər mühəndislik ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə kimya fənnindən imtahan verəcəklər. Abituriyentlər sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdir.