Ermənistanın çirkləndirdiyi Oxçuçayda tədqiqatlar üçün plan-proqramın hazırlanmasına başlanılıb. Məqsəd çayda aparılan monitorinqlərin genişləndirilməsi, o cümlədən fiziki-kimyəvi analizlərlə yanaşı bio-monitorinqlərin aparılması, ağır metallara həssas indikator növlərin müəyyənləşdirilməsidir.
Bu barədə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında bildirilib. İclasda dövlət başçısının “Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlər, o cümlədən Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsi istiqamətində görülən işlər və planlar haqqında müzakirələr aparılıb.