Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür.

Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatında xüsusi yer tutur. Aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayır. Həyata keçirilən aqrar islahatlar bu sahənin dinamik inkişafını təmin etməklə yanaşı məşğulluq məsələsinə də əhəmiyyətli dərəcədə müsbət təsirini göstərir.

Kənd təsərrüfatı bölgələrdə ən çox iş yerləri yaradan, kənd sakinləri üçün ən böyük gəlir və məşğuliyyət mənbəyi olan sahəyə çevrilib. Dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək kənd təsərrüfatına marağı daha da artırır.

44 günlük Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımızda aparılan bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatının da gələcək inkişafına imkan yaradacaq.