Vətən müharibəsi dövründə 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 13 mindən çox tikiliyə ziyan dəyib.
Hazırkı mərhələdə onlardan 12 mindən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb.
Gəncədə 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, hazırda 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib və hazırda onların təmiri aparılır. Bununla yanaşı, 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam etdirilir.