Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir:
"Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə M.Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".