Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1876 yoluxma faktı qeydə alınıb, 2248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 552322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513648 nəfər müalicə olunaraq sağalıb, 7342 nəfər vəfat edib. Aktiv xəstə sayı 31332 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8615, bu günə qədər isə ümumilikdə 5309867 test icra olunub.