Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfər edib.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.