Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-hava limanı-Bilgəh, Zığ dairəsi-hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar".