Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

Toplantıda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Ümumilikdə 3 gün davam edəcək iclasın gündəliyinə 24 məsələ daxil edilib. Büdcə layihəsi ilə yanaşı, parlamentarilər gələn il üçün yaşayış minimumu, ehtiyac meyarının həddini müəyyənləşdirəcək, həmçinin bir sıra qanunlara dəyişiklik edəcəklər.