General-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, generalın minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd və milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Xatırladaq ki, general-mayor Hikmət Həsənov ötən il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşüb və xəsarət alıb.