Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram hesabında Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!"