Nüfuzlu “Əl Cəzirə” telekanalında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri və Füzuli Beynəlxalq Hava Limanı haqqında reportaj yayımlanıb.

Telekanalın müxbiri Sinem Koseoğlunun reportajında Füzuli rayonunda məktəblərin fəaliyyətindən bəhs edilib, Qarabağda aparılan rekonstruksiya və tikinti işləri, o cümlədən avtomobil yolları və aeroportun inşası haqqında məlumat verilib.

Reportajda həmçinin işğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri də əks olunub. Vurğulanıb ki, Azərbaycan hökuməti qısa müddətdə ermənilərin minaladığı torpaqları təmizləməyi və məcburi köçkünləri öz yurdlarına qaytarmağı planlaşdırır.