Fermerlərə müraciət

Fermerlərə müraciət

26 Noyabr, 12:43 Sosial mediada paylaşın:

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib.

Bildirilir ki, dövlət başçısının fərmanı ilə «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»ndakı dəyişikliyə əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta edilməyən fermerlər və təsərrüfatların əkin subsididiyası alması mümkün olmayacaq.

CANLI YAYIM