Ali məktəblərə qəbul proqramına dəyişiklik olunub.
Dövlət İmtahan Mərkəzi bu barədə məlumat yayıb. Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı Fərmana görə, təsdiqlənən iqtisadi rayonların yeni bölgüsünə əsasən 14 iqtisadi rayon yaradılıb. Yeni bölgü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi. Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.
İqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünə dair məqalə təqdim olunub.