Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçuları qatılıblar.

Təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.