Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub.
Bu barədə İstanbulda keçirilən Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyinin 38-ci Baş Assambleyasında müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanın tranzit-logistika imkanlarından bəhs olunub. Bildirilib ki, Zəngəzur dəhlizi quruma üzv ölkələrin beynəlxalq yükdaşıma imkanlarını stimullaşdıracaq. O da qeyd edilib ki, bu dəhliz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycan üzərindən rahat keçidinin təminatçısı olacaq. Bunun üçün Azərbaycanın dünya standartlarına cavab verən yolları, yük parkları mövcuddur. Hazırda Azərbaycanda 13 yük parkının, sərhəd-keçid məntəqələrinin və onlara yaxın ərazilərdə 5 TIR parkının xidmətdə olduğu da vurğulanıb.