Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumu öz işinə başlayıb.
“Gələcəyə hazır ol!” devizi ilə keçirilən forumun məqsədi daim dəyişməkdə olan əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.
Foruma beynəlxalq mütəxəssislər də qatılıb.