İşğaldan azad olunan ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək 7 hərbi qulluqçu, 29 mülki şəxs işğaldan azad edilən ərazilərdə minaya düşərək həlak olub.
Bildirilib ki, 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.