Dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, P.Məmmədzadənin dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üçün zəruri tədbirlərin görülməsinə baxmayaraq, hərbi qulluqçu yolda dünyasını dəyişib. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.