“Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir”.
Bu barədə Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanov məlumat verib.
Onun sözlərinə görə, işlərin 2022-ci ilin sonuna kimi yekunlaşdırılması üçün iş gedir: “40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər, yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq”.