"Azərbaycan işğaldan azad olunan ərazilərdə təmizləmə işləri məqsədilə yeni mina axtaran robotlar alacaq".

Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib .

Onun sözlərinə görə, hazırda mina axtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir.

"Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq, abadlıq işləri də sürətləndirilsin.

Hazırda mina axtaran cihazlarla yanaşı, mina axtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işlər Fövqaladə Hallar Nazirliyi, ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparılır. Bunula bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir", - deyə nazir bildirib.

Nazir bildirib ki, ərazidə yaşıllıq olduqda minaların axtarılması prosesi çətinləşir: "Artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib".