Paytaxtın Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi davam edir.
İyulun 10-dan həyata keçirilən və 3 aydır davam edən layihə çərçivəsində meydançalara 400 konteyner yerləşdirilib, həyət və məhəllələrə cavabdehlər təyin edilib. Bununla yanaşı, könüllülər gündəlik izahetmə işləri aparırlar. Mütəmadi yoxlanılan konteynerlər sanitar-gigiyena tələblərinə uyğun yuyulur və dezinfeksiya edilir.
“Mott MacDonald” şirkətinin nümayəndəsi Artur Qasti: “Biz Nərimanov rayonundakı tullantıların komponentlərinin araşdırılması üçün buradayıq. Bu, hər ay davam edən prosesdir. Yanvaradək araşdırma aparılacaq. Layihəni təzə başlayanda 15 ton ayrılmış tullantı əldə etmişdik. Sonradan 20 tona çatdırdıq. Hazırda 25 ton təkrar emal olunan tullantı yığa bilirik. İndi bizə maraqlı olan tullantıların miqdarı yox, onların keyfiyyətidir”.
Aztv.az