Kəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrlərə əsasən, Mahir Bayramov Kəlbəcərin hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlının hərbi prokuroru təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.