Mərkəzi Seçki Komissiyasının iclasında V çağırış Milli Məclisin deputatı Rəfael Cəbrayılovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

Bildirilib ki, Rafael Cəbrayılovun mandatından öz arzusu ilə imtina etməklə bağlı parlamentə müraciəti ilə əlaqədar Milli Məclis onun vaxtından əvvəl deputatlıq fəaliyyətinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib. Qeyd olunub ki, o, nəinki Milli Məclisin üzvü kimi götürdüyü öhdəliyə riayət etməyib, həmçinin vətəndaşların etibarından sui-istifadə edərək qanuna zidd əməllərə yol verib. Müzakirələrdən sonra MSK məsələyə hüquqi qiymət verərək Rəfael Cəbrayılovun deputat mandatından məhrum olunması barədə müraciəti səsvermə ilə qəbul edib.

İclasda komissyanın 13 sentyabr 2019-cu il tarixli iclas protokolu da təsdiqlənib. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.