Bakıda keçirilən “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda beynəlxalq konfransın iştirakçıları Milli Məclisdə olublar.  Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli ölkəmizdə əlilliyi olan şəxslərin problemlərinin həlli istiqamətində atılan addımlardan, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən, əlillik meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması və digər məsələlərdən danışıb. Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Beynəlxalq Əlil Təşkilatları İttifaqının sədri Vasili Nazarenko və digərləri Bakı konfransının əhəmiyyətini vurğulayıblar.