Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə dövlət başçısı rəsmi tvitter səhifəsində paylaşım edib. Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımında bildirilib: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!"