Bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə olan beş günlük tətil başa çatıb.

Tətil günləri 2021-ci ilin dekabr ayının 31-i, 2022-ci ilin yanvar ayının 1, 2, 3 və 4 tarixlərini əhatə edib. Belə ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1-i və 2-si isə Yeni il bayramı günləri olub. Yanvar ayının 1 və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq iş və istirahət günlərinin yeri dəyişdirilərək yanvarın 3 və 4 tarixləri də qeyri-iş günü olub.

Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edib.

Bu il üçün Novruz, Ramazan və Qurban bayramları günləri də iş günü hesab edilməyəcək. Belə ki, mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləridir.